AZ

Ramin Quliyev: "Sanki komanda olaraq “Levski”dən çəkindilər"

“Sabah”ın sabiq baş məşqçisi Ramin Quliyev Apasport.az saytına müsahibə verib.

- "Sabah"dan avrokuboklarda gözləntilər yüksək idi. Amma komanda yalnız “Petrokub” səddini keçməyi bacardı. Bəs sənin “Sabah”dan gözləntin necə idi, əsas mərhələyə kimi irəliləyəcəklərinə inanırdın?

- Hamı kimi mənim də gözləntilərim yüksək idi. "Sabah"ın Konfrans Liqasındakı “Petrokub”u rahat keçməsi bunu deməyə əsas verirdi. Mən bunu baş məşqçinin komandaya gec qoşulması ilə əlaqələndirirəm. Yetərincə vaxtı olmayıb ki, öz istədiyini uşaqlara aşılaya bilsin. 

- “Sabah” Levski ilə hər iki görüşdə məğlub oldu. Bolqarlara nə Sofiyada qol vura bildi, nə də Bakıda. Səncə, “Levski” səddinə ilişməklərinin səbəbi nə idi?

- Rəqib çox yaxşı təşkilatlanmış komanda idi. Üstəlik, “Levski” təcrübəlidir. Daha yaxşı oynaya bilərdik. Yenə təkrarlıyıram, yeni komandadır vaxta ehtiyac var. 

- Valdas Dambrauskasın komandadakı təsirini görürsən? Səncə, var? Oyun planında yəni...

- Əlbəttə ki, komandaya təsiri var. Bu da görünür. Sadəcə bu oyunda ümumi komanda olaraq ikinci planda idi. Burada rəqibin gücünü də nəzərə almaq lazımdı. Bundan öncəki matçda oyun planı görünürdü. Komanda qorxmurdu, hücümameyilli oynayırdı. Sanki komanda olaraq “Levski”dən çəkindilər.

- “Sabah” artıq neçə ildir ki, yalnız bir mərhələ adlaya bilir. Burada əsas səbəb nədir?

⁠- ”Sabah” yeni qurulmuş komandadır. İldən-ilə daha da təcrübə qazanırlar. Gələcəkdə bunun bəhrəsini mütləq görəcəklər. Əminəm.

- Hazırkı "Sabah" ölkə çempionatında çempionluğa oynaya biləcək səncə?

⁠- Bəli, bu il heyətə baxanda çempionluğa namizəd olan 3-4 komandadan biridirlər. “Sabah” çempionluğa oynaya bilər. Sözsüz ki, bir neçə mövqə güclənməlidi.

Millimiz Füzuli və Şuşa şəhərlərinə səfər edib - FOTO

“Sumqayıt” “Kəpəz”ə qarşı - YENİLƏNİR

Samir Abasov: “Avrokuboklarda oynamaq istəyirik”

Ayxan Abbasov: “Bizim də büdcəmiz çox olsaydı…”

“Neftçi” “Şamaxı” ilə bacarmadı - YENİLƏNİB

Seçilən
37
19
apasport.az

10Mənbələr