RU

Göygöldə IV Milli Yaylaq Festivalı

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi olub.

Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxışında Milli Yaylaq Festivalının ilk dəfə 2019-cu ildə Gədəbəy rayonunda təşkil edildiyini xatırladıb: "Burada olmaq böyük xoşbəxtlikdir. Yaylaq festivalı sayəsində iki qardaş ölkə - Azərbaycan və Türkiyə mədəniyyətinin də ortaq olmasını bir daha görürük. Müsəlman ölkələri daim birgə olmalıdır. Qarabağ Zəfəri iki ölkənin bir daha güclü dostluq münasibətində olduğunu sübut etdi".

Gənclər və idman naziri Fərid Qayıbov bu cür festivalın keçirilməsinin Azərbaycan üçün böyük uğur olduğunu bildirib: "Artıq dördüncü ildir Milli Yaylaq Festivalı təşkil olunur. İnsanlarda festivala olan maraq yüksək səviyyədədir. Əsas məqsədimiz adət-ənənələrimizi yaşatmaq və gənclərə bunu sevdirməkdir. Əlbəttə ki, bu cür tədbirlər dövlətin qayğısı olmadan baş tuta bilməz. Bizə dəstək olan Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğana da minnətdarıq".

“Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov Göygöl rayonunda növbəti dəfə bu tədbirin təşkil edilməsinin sevindirici olduğunu vurğulayıb. O, Milli Yaylaq Festivalına olan marağı yüksək qiymətləndirib.

Festival bədii hissə ilə davam edib. Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Qarabağ Universiteti Enactus Azərbaycan Milli Yarışının qalibi olub

XQ

Избранный
88
12
xalqqazeti.az

10Источники