AZ

IV Milli Yaylaq Festivalında idmançıların maraqlı çıxışları nümayiş etdirilib FOTO

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalında müxtəlif etnoidman növlərinə aid xüsusi sahələrdə idmançıların maraqlı çıxışları nümayiş etdirilib.

İdman.biz xəbər verir ki, tədbir çərçivəsində idman zonasında Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan səyyar “Sağlam həyat” layihəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

İdman həvəskarları, xüsusilə də uşaqlar layihəyə qoşularaq müxtəlif idman növlərində bacarıqlarını sınayıblar.

Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
51
9
icma.az

10Mənbələr