RU

Bundan xəbər tutdular, 10 nəfəri “Qarabağ“dan “gizlətdilər“

Macarıstan yüksək liqasında 4-cü turun oyunları keçirilir.

Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Ferensvaroş” mərkəzi görüşdə “Akademiya Puşkaş”ı qəbul edib və 1:2 hesabı ilə uduzub.

Bu qələbə sayəsində “Akademiya Puşkaş” xalını 9-a çatdırmaqla liderliyə yüksəlib, “Ferensvaroş” isə (7 xal) üçüncü pilləyə düşüb.

“Ferensvaroş”dan qolu Kadu (24), “Akademiya Puşkaş”dan isə Lukacs (20, 71) vurub.

Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib.

O, bu həftə "Ludoqorets"lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Buna səbəb "Qarabağ"la qarşıdakı oyundur.

Matçı izləyənlər arasında Azərbaycan çempionunun nümayəndəsi də нук фджи.

Ağdam təmsilçisinin stadiona “casus“ göndərməsi Robbi Kinə məlum olub. Odur ki, irlandiyalı mütəxəssis belə bir addım atıb.

“Ferensvaroş”la “Qarabağ” arasında ilk oyun avqustun 19-u Budapeştdə, cavab matçı avqustun 27-si Bakıda keçiriləcək.

Избранный
43
50
sportinfo.az

10Источники