RU

Şəkidə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Şəki, 17 avqust, AZƏRTAC

Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisində keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın məlumatına görə, qəza nəticəsində Şəki rayon sakini 34 yaşlı Natiq Cəlalov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunub. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.

Qəzanın baş vermə səbəbləri araşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
44
24
azertag.az

10Источники