AZ

Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürdü

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a  istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
86
45
news24.az

10Mənbələr