AZ

İsmayıllıda avtomobil aşdı: Yaralılar var - FOTO

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, qəza axşam saatlarında Qaraməryəm-İsmayıllı avtomobil yolunun Kürdmaşı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə, avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Göyçay rayon sakinləri - 28 yaşlı F.Əsədov və 54 yaşlı Ş.Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Hadisənin səbəbləri və digər təfərrüat araşdırılır.

  • İsmayıllıda
  • İsmayıllıda
  • İsmayıllıda
  • İsmayıllıda
Seçilən
58
50
day.az

10Mənbələr