RU

Tramp və Putinin görüşündə bədən dili - Kim hansı mesajları VERDİ...

ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında keçirilmiş dünənki görüş dünya mətbuatının gündəmindən düşmür. Görüş zamanı liderlərin nümayiş etdirdikləri bədən dili də müzakirə olunur. Bədən dili tərəflərdən kimin üstün olduğunu, vəziyyətə nəzarət etdiyini, eləcə də məyus olduğunu göstərir.

Dünənki görüşdə dünyanın ən böyük nüvə gücünə malik iki dövlətinin liderinin bədən dili nə deyirdi? Hansı prezident üstünlüyü ələ ala bilmişdi?

Britaniyalı psixoloq və bədən dili üzrə mütəxəssis, Oksford universitetinin professoru Piter Kollett Alyaskada keçirilən Tramp–Putin sammitini təhlil edərkən deyib ki, hava limanındakı salamlaşma və ilk kadrlar dostluq və yaxınlıq ab-havası yaradıb. Finalda - görüşün sonunda isə Trampın "bədən dili" dəyişib – onun jestləri “gizlədilən uğursuzluq” əlamətini biruzə verib.

Bəs azərbaycanlı mütəxəssislər bu barədə nə düşünürlər?

Modern.az saytı bu sualı Azərbaycan Psixologiya Akademiyasına ünvanlayıb.

Psixologiya Akademiyasından saytımıza bildirilib ki, Trampın Putin ona çatmamış gülümsəməsi və alqışlaması onun görüşün əvvəlində rahat olduğuna işarədir:

“Putin çatmamış Tramp gülümsəyir və onu alqışlayır. Bu, Trampın rahat olduğunu, gərgin olmadığını göstərir. Putin öyrəşilmiş soyuq ifadəsindən uzaq reaksiya verdi. Trampda bədən dili emosiyaları həmişəki "nəzarətdə saxlayıram" mesajını verən Putinə nisbətən daha qabarıq görünürdü. Salamlaşdıqları zaman Tramp ovucu yuxarıya baxar şəkildə əlini uzadır. Xüsusi bir dominantlıq mesajı vermir. Amma daha sonra məşhur davranış şəkli ilə üstünlük mesajını verməyə çalışır, onu dartır. Lakin Putinin Trampın dirsəyinə toxunuşu cavab mahiyyətində olur, öz üstünlüyünü əldən verməməyə çalışır. Dirsək toxunuşlarının qısa, təkrarlanan formada olması daha çox "nəzarət edirəm" mesajını verir. Bu "üstünlük savaşı" çox davam etmir, qarşılıqlı səmimi söhbət "savaşı" unutdurur. Ən sonda Putin Trampa əlini üstə qoyaraq üstünlük mesajını verir.

Eyni davranış yuxardakı şəkildə də özünü göstərir. Səmimi söhbətdə sağollaşmaq üçün ilk əlini uzadan Putin olur. Amma son toxunuşu yenə Tramp etməyə çalışır. Buna baxmayaraq, həm Tramp həmişəki üstünlük göstərişindən uzaq idi, həm də Putin həmişəki soyuq obrazda idi”.

Burada sual verilərkən Putinin narahat olduğu aşkar hiss olunur. Sol əlinin barmaqlarını ovucuna sürtür, yerində sallanır. Sanki bədən dili ilə "tez olaq, buradan gedək" deyir. "Eşitmirəm" reaksiyası da səmimi deyil. Daha sonra ağzını büzür. Amma ümumilikdə hər iki prezident gülüşlərində əksər hallarda səmimi idilər. Göz qıraqlarında qazayaqları büküşləri yaranırdı".

Избранный
12
35
turkustan.az

10Источники