AZ

Rusiya XİN: Fransa rus alimləri hərbi nəzarətə götürür

Alimlər Fransanı ultra-liberalizm diktaturasına görə tərk edirlər. Paris başqa ölkələrin alimlərini öz ölkəsinə cəlb etmək üçün yeni modellər axtarır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova Fransanın "Pauza" elmi proqramı barədə fikirlərini bölüşərkən deyib.

O, öz sosial şəbəkə hesabında bildirib ki, məqsəd üzdən nəcib görünsə də, "işin içində şeytan var".

M.Zaxarova sözügedən proqrama rəhbərlik edən Laura Loeakın keçmişinə də diqqət çəkib və qeyd edib ki, L.Loeak hərbi kadrdır:

"O, Fransa Müdafiə Nazirliyinin postsovet ölkələri ilə əlaqələrə cavabdeh olan keçmiş əməkdaşıdır və Parisin dəvəti ilə akademik elmlə məşğul olmaq üçün Fransaya köçənlər əslində Fransa silahlı qüvvələrinin nəzarəti altına düşürlər".

XİN təmsilçisi həmçinin, əlavə edib:

"Buna görə də “Pauza” verilişi gənclərə, o cümlədən onları Sorbonnaya cəlb etməyə yönəlib. Bu, heyrətamizdir. Fransa bir tərəfdən Rusiyanın elm, mədəniyyət və təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıqdan imtina edir, Fransa Milli Elmi Tədqiqatlar Mərkəzi (CNRS) Rusiya ilə bütün növ elmi əməkdaşlığı dayandırır, digər tərəfdən isə rusiyalı alimləri ölkəyə gəlməyə və Fransanın təhlükəsizlik orqanlarına bağlı strukturların rəhbərliyi altında işləməyə çağırır. Hazırda Donbasda Fransadan olan azı 51 muzdlu döyüşür və hərbi analitiklərin fikrincə, daha əvvəl yüzlərlə belə hərbçi həlak olub. Taleyin ironiyasıdır ki, fransızların “qorumağa” gəldikləri ukraynalılar əslində onlardan “top yemi” kimi istifadə edirlər,

Paris isə buna göz yumur".

Seçilən
46
50
axar.az

10Mənbələr