AZ

"Alyaska sammiti: Putinin şərəfinə nəzərdə tutulan nahar baş tutmayıb"

"Unudulmuş sənədlər və gizli planların ifşası..."
 
Donald Tramp və Vladimir Putinin Alyaskada keçirilən sammiti gözlənildiyindən daha qısa olub. Görüş "üçün üçə qarşı" formatında cəmi üç saat davam edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "kp.ru" nəşri yazıb.
 
Görüşün gedişi
 
Nəşr qeyd edir ki, nə altı-səkkiz saatlıq danışıqlar, nə də geniş formatlı müzakirələr baş tutub. Jurnalistlərin sualları olmadan verilən qısa bəyanatlarla yekunlaşan mətbuat çıxışı da gözlənildiyindən məhdud olub. Ən diqqətçəkən məqam isə tərəflərin birgə naharının ləğv edilməsi idi. Tramp qəfil qərarla Vaşinqtona geri dönüb.
 
Oteldə tapılan sənədlər
 
Sammitdən sonra Ankoricdəki "Captain Cook" otelində gözlənilməz hadisə yaşanıb. Qonaqlar printerin üstündə ABŞ Dövlət Departamentinə məxsus sammitin proqramını və protokol detalları əks etdirən sənədlər tapıb.
 
Onların içində liderlərin masadakı yerlərinin sxemi, Putin soyadının düzgün tələffüzü ilə bağlı qeydlər və naharın menyusu olub. NPR radiostansiyası bu sənədləri yayımlayaraq qalmaqala səbəb olub.
 
Planlaşdırılan protokol
 
Sənədlərə görə, görüşdən sonra "Zati-aliləri Vladimir Putinin şərəfinə" rəsmi nahar keçirilməli idi. Menyuya tərəvəz salatı, file-minyon və ya halibut balığı, kartof püresi, sparja və desertdə krem-bryule daxil idi. 
 
Həmçinin xüsusi bir jest planlaşdırılmışdı - Tramp Putinə ABŞ-ın milli rəmzi  olan ağbaş qartal fiqurunu hədiyyə etməli idi. Masa arxasında da dəqiqliklə protokol hazırlanmışdı: Putin və Tramp üzbəüz, yanlarında isə əsas nazirlər və müşavirlər oturmalıydı. Lakin bütün bu hazırlıqlar reallaşmayıb.
 
Ağ Evin reaksiyası
 
Ağ Ev yayılan xəbərləri sərt şəkildə tənqid edib. Administrasiya nümayəndələri menyu və oturacaq planlarının "gizli sənəd" kimi təqdim olunmasını gülünc adlandırıb. NPR isə "uydurma araşdırmalar aparmaqda"  ittiham edilib. Ağ Ev əlavə edib ki, Trampın qərarı ilə NPR artıq vergi ödəyicilərinin pulları hesabına maliyyələşdirilmir.
 
Beləliklə, Alyaska sammiti siyasi məzmundan çox protokol qalmaqalı ilə yadda qaldı. Unudulmuş sənədlər və həyata keçirilməyən nahar görüşün üzərinə əlavə suallar gətirdi, Tramp-Putin dialoqu isə gözlənildiyi qədər uzun və dərin olmadı.
Seçilən
33
25
moderator.az

10Mənbələr