RU

Səbuhi Abdullazadə - “Sumqayıt”ın yeni kapitanı

“Sumqayıt” mərkəz yarımmüdafiəçisi Səbuhi Abdullazadə 2025/2026-cı illər mövsümü üçün komandanın kapitanı seçilib.

Arena.az xəbər verir ki, bu barədə elita klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni mövsümdə komandanı meydana kapitan kimi Səbuhi Abdullazadə çıxaracaq. Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaqlar.

Xatırladaq ki, Səbuhi Abdullazadə bu yay klubu ilə müqaviləsini yeniləyib. 23 yaşlı futbolçu ilə 2 illik yeni müqavilə imzalanıb. Səbuhi 2026/2027-ci illər mövsümünün sonuna qədər bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Abdullazadə futbola 2011-ci ildə “Sumqayıt” Futbol Akademiyasında qədəm qoyub. O, 15 yaşı olarkən, 2017/2018-ci illər mövsümündə Premyer Liqada debüt edib (14-cü tur, “Kəpəz” – “Sumqayıt” 0:3; 02.12.2017).

“Sumqayıt”ın əsas komandasında ümumilikdə 171 oyun keçirmiş yarımmüdafiəçi 6 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub.

Abdullazadə Azərbaycanın U-15, U-16, U-17, U-19 və U-21 yığmalarının uğurları üçün çalışıb, bu il isə əsas millimizdə debüt edib. Səbuhi millidə keçirdiyi 4 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib.

Избранный
26
1
arena.az

10Источники