2025/26 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "kimyaçılar" son mövsümdə Portuqaliyanın "Portimonense" klubunda çıxış etmiş braziliyalı futbolçu Keffel Resende ilə 2+1 illik anlaşma imzalayıb. 25 yaşlı cinah müdafiəçisi 80 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, "Sumqayıt" heyətini buna qədər Pedro Pinto, Aleksa Yankoviç, Rauf Rüstəmli, Aleksandr Ramalinqom, Rayan Senhadji, Rüstəm Əhmədzadə, Nikola Ninkoviç, Abdul Raşid Mumini və Masaki Murata ilə gücləndirib.