RU

Avropa İttifaqının Ermənistandakı "müşahidə missiyası" fəaliyyətini davam etdirəcək

Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə “Report”un Avropa bürosuna Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.
 
"Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - Aİ nümayəndəsi bildirib.
 
O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.
Избранный
16
9
moderator.az

10Источники