AZ

Ermənistanda missiyamız davam edəcək - AB

Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Report-a AB-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper bildirib.

"Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - AB nümayəndəsi bildirib.

O qeyd edib ki, AB Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.

Xatırladaq ki, daha əvvəl Ermənistanın Azərbaycanla sərhədə yerləşdirilmiş AB-nin müşahidə missiyasının (EUMA) fəaliyyətinə xitam vermək öhdəliyini götürməsi ilə bağlı məlumat yayılmışdı.

Seçilən
30
9
turkustan.az

10Mənbələr