Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası (EUMA) fəaliyyətini davam etdirəcək, onun mandatında mümkün dəyişikliklər isə İrəvan və Brüssel arasında müzakirə olunacaq.
Bunu “Report”un Avropa bürosuna Aİ-nin xarici siyasət üzrə rəsmi nümayəndəsi Anita Hipper deyib.
"Missiyanın səlahiyyətlərinə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfindən yerlərdəki vəziyyəti müşahidə edərək məlumat vermək daxildir", - Aİ nümayəndəsi bildirib.
O qeyd edib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və tərəfləri onu tezliklə imzalamağa və ratifikasiya etməyə çağırıb.