RU

“Sanderlend” növbəti transferini reallaşdırıb

İngiltərə Premyer Liqasına yeni yüksəlmiş “Sanderlend” klubu daha bir transfer həyata keçirib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm “Beşiktaş”da çıxış etmiş müdafiəçi Artur Masuaku İngiltərə klubuna keçib.

31 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. Futbolçu yeni klubuna azad agent statusunda qoşulub. Masuaku yay transfer pəncərəsində “Sanderlend”in heyətinə qoşulan onuncu oyunçudur.

Ötən mövsüm sol cinah müdafiəçisi “Beşiktaş”da 47 oyunda iştirak edib, 1 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalına görə, onun bazar dəyəri 3 milyon avrodur.

Yeni İngiltərə çempionatı mövsümü avqustun 15-də start götürəcək.

Избранный
149
30
90deqiqe.az

10Источники