AZ

Arno Kalimuendo rəsmən “Nottingem Forest”də!

Fransanın “Renn” klubunun mərkəz hücumçusu Arno Kalimuendo bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Premyer Liqa təmsilçisi 23 yaşlı hücumçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) sözləşmə imzalandığını diqqətə çatdırıb. İngiltərə klubu bu transfer üçün “Renn”ə 30 milyon avro ödəyib.

Arno Kalimuendo 2024/2025 mövsümündə “Renn”də 34 matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə 20 milyon avro müqabilində qoşulduğu Fransa klubunun heyətində bütövlükdə 112 oyun keçirib, 40 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ-nin yetirməsi olan Kalimuendo “Lans”da da forma geyinib. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış hücumçu 2024-cü ildə əsas millidə debüt edib. O, “xoruzlar”ın heyətində keçirdiyi 6 oyunda 1 qol vurub.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
110
21
arena.az

10Mənbələr