AZ

“Brahim Dias məni təəccübləndirmədi”

Madrid “Real”ının baş məşqçisi Xabi Alonso komandanın vingeri Brahim Diasın çıxışı barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında deyib.

“O, çox yaxşıdır. Mənim üçün sürpriz olmadı, çünki onu kluba gəlməzdən əvvəl də yaxşı tanıyırdım”

26 yaşlı Mərakeş millisinin üzvü ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 56 oyunda meydana çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “kral klubu” yeni mövsümdə ilk oyununu avqustun 19-da keçirəcək. “Real” La Liqanın start turunda “Osasuna” ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Seçilən
31
6
90deqiqe.az

10Mənbələr