Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Referans-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта