AZ

Ağdamda və Xocavənddə baş verən yanğınlar söndürülüb

Dünən axşam Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Senzor.az bildirir ki, bu barədə FHN-dən məlumat verilib.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən söndürülüb.

 

Bundan başqa, Xocavənd rayonunun Çörəkli kəndi  ərazisindəki meşə massivində baş vermiş yanğın da FHN-in müvafiq qüvvələri tərəfindən söndürülüb.

Seçilən
61
19
senzor.az

10Mənbələr