AZ

Novruzlu kəndində yanğın oldu - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Seçilən
59
19
publika.az

10Mənbələr