AZ

Ağdamda baş verən yanğın söndürüldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.


    Seçilən
    56
    19
    manset.az

    10Mənbələr