RU

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib...

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndində qeydə alınıb.

Belə ki, “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır.

Poliqon.info 

Избранный
89
7
poliqon.info

8Источники