AZ

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun Qurbanəfəndi kəndi ərazisində baş verib. "Toyota" və VAZ-21011 avtomobilləri toqquşub. Nəticədə "Toyota"da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
89
7
cebheinfo.az

8Mənbələr