AZ

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qurbanı fəndi kəndindən keçən hissəsində qeydə alınıb.Belə ki, “Toyota” və “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota”da olan sərnişin, 34 yaşlı Aydan Vüsət qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in mətbuat xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
103
7
report.az

10Mənbələr