RU

Qadın güləşçilərin təlim-məşq toplanışı

Azərbaycanın qadın güləşçilərdən ibarət yığma komandası artıq 3 gündür ki, Bolqarıstanın paytaxtı Sofiyada növbəti təlim məşqlərinə toplanıb.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və U-20 millisinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edirlər.

Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır. Qeyd edək ki, komanda avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.

M.HACIXANLI
XQ

Избранный
21
4
xalqqazeti.az

9Источники