Azərbaycanın qadın güləşçiləri növbəti təlim-məşq toplanışına başlayıb.
Rekord.az xəbər verir ki, avqustun 5-dən 20-dək U20 milli komandamızın üzvləri Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.
Baş məşqçi Toğrul Əsgərov və U20 milli komandanın böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər. İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U20 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.
Komandamız avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.