AZ

Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın qadın güləşçiləri növbəti təlim-məşq toplanışına başlayıb.

90deqiqe.Az xəbər verir ki, yığma avqustun 5-dən 20-dək U-20 Bolqarıstanın paytaxtı Sofiyada hazırlıq prosesi keçəcək.

Baş məşqçi əvəzi Toğrul Əsgərov və U-20 millisinin böyük məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) “Diana” İdman Kompleksində Bolqarıstan və Fransa milliləri ilə birgə toplanışda iştirak edəcəklər.

İki həftəlik hazırlıq prosesində həm fiziki, həm də taktiki-texniki çalışmalara yer ayrılacaq. Məqsəd yerli mühitə uyğunlaşmaq və Bolqarıstanın Samokov şəhərində təşkil ediləcək U2-0 dünya çempionatına daha yaxşı hazırlaşmaqdır.

Qeyd edək ki, komanda avqustun 20-də Sofiyadan birbaşa Samokova yollanacaq.

Seçilən
32
7
90deqiqe.az

8Mənbələr