Bakı. Trend:
Timoti Vea “Marsel”ə transfer olunub.
Trend xəbər verir ki, Fransaklubu “Yuventus”un vingerini icarəyə götürdüyünü rəsmənaçıqlayıb.
"L’Équipe"nin məlumatına görə, Turin klubu bu müqavilədən 1milyon avro qazanacaq. Müqavilədəki məcburi satınalma şərtiaktivləşdirildikdən sonra “Marsel” əlavə olaraq 14 milyon avroödəyəcək, həmçinin 3 milyon avro bonus da nəzərdə tutulub.
Qeyd edək ki, Veа “Yuventus”da iki mövsüm keçirib və ASeriyasında 60 oyuna 5 qol vurub.