AZ

Renato Veiqa “Yuventus”a qayıtmaq istəyir

“Çelsi”nin mərkəz müdafiəçisi Renato Veiqa karyerasını “Yuventus”da davam etdirməyi planlaşdırır. 

90deqiqe.Az-ın məlumatına görə, “zadəganlar” 22 yaşlı oyunçunu əsas heyətə daxil etməyi düşünmür və onu satışa çıxarıb, lakin gələcəyi ilə bağlı hələ konkret qərar verilməyib.

Məlumata görə, Veiqa üçün prioritet “Yuventus”a qayıtmaqdır. Hələlik məlum deyil ki, “qoca sinyora” yay transfer pəncərəsinin son günlərində oyunçunu geri gətirməyə çalışacaq, ya yox.

Portuqaliyalı futbolçu bu ilin yanvarından iyununa qədər Turin klubunda icarə əsasında çıxış edib.

Transfermarkt portalına görə, Renato Veiganın bazar dəyəri 25 milyon avro qiymətindədir. “Yuventus”da o, 15 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
29
50
90deqiqe.az

10Mənbələr