AZ

Qonsales “Yuventus”u “Atletiko”ya dəyişə bilər

“Yuventus”un hücumçusu Nikolás Qonsales karyerasını La Liqada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, argentinalı futbolçunun xidmətində “Atletiko Madrid” klubu maraqlıdır.

“Matrasniklər” artıq “Yuventus”la Qonsalesin transferi barədə ilkin danışıqlara başlayıblar. Turin klubu futbolçunu ən azı 30 milyon avroya satmaq niyyətindədir. Eyni zamanda, icarə variantı ilə, sonradan məcburi alış şərti də müzakirə olunur.

Qeyd edilir ki, bu transferdən “Atletiko”nun “Mançester Yunayted”dən Cedon Sançonu transfer etməsi də asılıdır.

27 yaşlı Qonsales ötən mövsümdə “Yuventus”da 38 oyuna çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
12
50
90deqiqe.az

10Mənbələr