PSJ-nin hücumçusu Randal Kolo-Muani yalnız “Yuventus”a keçmək istəyir.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı futbolçu “Nyukasl” və digər klublarla danışıqlar aparmır.
Hücumçu hələ iyunda Turin klubu ilə şəxsi müqavilə barədə razılığa gəlib. Hazırda “Yuventus” hər gün PSJ ilə əlaqə saxlayaraq futbolçunun məcburi satınalma şərti ilə icarəyə götürülməsi variantını müzakirə edir. Bu məbləğin 55 milyon avro olduğu bildirilir.
Xatırladaq ki, ötən mövsüm Kolo-Muani “Yuventus”un heyətində icarə əsasında çıxış edib.