Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iştirak edən azərbaycanlı hakim Natiq Hacıyev karyerasını başa vurub.
xəbər verir ki, bu, təcrübəli referinin son beynəlxalq yarışı kimi əlamətdar olub.
Dünya Güləş Birliyinin (UWW) qaydalarFutbolpress.azına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyəti ilə vidalaşıb. Ali qurum yarışın son günündə bu münasibətlə referiyə xatirə hədiyyəsi təqdim edib.
Hacıyevlə yanaşı, Elman İsmayilov da mundialda ədaləti qoruyub.