Azərbaycanlı güləş hakimi Natiq Hacıyev karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatı onun üçün sonuncu olub.
Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz beynəlxalq hakimlik fəaliyyəti ilə vidalaşıb.
Qeyd edək ki, N.Hacıyevlə yanaşı, Elman İsmayilov da turnirdə ədaləti qoruyub.