RU

Natiq Hacıyev beynəlxalq hakimlik karyerasını başa vurub FOTO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında iki hakimimiz iştirak edib.

İdman.biz xəbər verir ki, I dərəcəyə sahib Natiq Hacıyev və Elman İsmayılov bir həftə davam edən mundialda ədaləti qoruyub.

Təcrübəli referilərimiz qarşılaşmaların idarə olunmasında böyük məsuliyyət və dəqiqlik nümayiş etdirərək Dünya Güləş Birliyinin (UWW) etimadını doğruldublar.

Qeyd edək ki, bu dünya çempionatı Hacıyevin son beynəlxalq yarışı kimi əlamətdar olub. UWW-nin qaydalarına uyğun olaraq, 60 yaşa çatan həmyerlimiz fitini və qolçaqlarını rəsmi şəkildə təhvil verərək, beynəlxalq hakimlik fəaliyyətilə vidalaşıb. Ali qurum yarışın son günündə referiyə xatirə hədiyyəsi təqdim edib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
6
icma.az

10Источники