Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.
Qeyd olunur ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən (Rusiya - red.) 232 km cənub-şərqdə yerləşib, yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub.
Severo-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.