EN

Şimali Kuril adaları yaxınlığında güclü zəlzələ olub

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ baş verib.
 
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.
 
Qeyd olunur ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən (Rusiya - red.) 232 km cənub-şərqdə yerləşib, yeraltı təkanın ocağı 62 kilometr dərinlikdə olub.
 
Severo-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.
Chosen
39
6
moderator.az

8Sources