Şimali Kuril adaları yaxınlığında Sakit Okeanda 6.5 bal gücündə zəlzələ baş verib.
BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələnin episentri Severo-Kurilsk şəhərindən 232 km cənub-şərqdə, ocağı isə 62 kilometr dərinlikdə olub.
Severo-Kurilskdə zəlzələ üç-dörd bal gücündə hiss edilib. Sunami təhlükəsi elan edilməyib.