Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.
Referansxəbər verir ki, Rusiya KİV-nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin
Saxalin filialı məlumat yayıb.
Zəlzələnin episentrinin Severo-Kurilsk şəhərindən 232 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Yeraltı təkanların ocağı 62
kilometr dərinlikdə olub.
Severo-Kurilskdə zəlzələ 3-4 bal gücündə hiss edilib. Məlumata görə, sunami təhlükəsi elan olunmayıb./Milli.az/
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta