ABŞ prezidenti Donald Tramp onlarla ölkəyə idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb...
ABŞ prezidenti Donald Tramp onlarla ölkəyə idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. CNN xəbər verir ki, qərar iyulun 31-i axşam saatlarında, Trampın ticarət müqavilələrinin bağlanması üçün son tarixdən bir neçə saat əvvəl qəbul edilib.
Bloomberg-in məlumatına görə, ABŞ-ın ticarət tərəfdaşları üç qrupa bölünüb. Aprel ayından etibarən qüvvədə olan 10%-lik baza tarifi əksər ölkələr üçün saxlanılıb. Bu, ABŞ-ın idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə aiddir.
15%-lik minimum tarif cüzi ticarət kəsiri olan 40-a yaxın ölkəyə təsir edəcək. ABŞ ilə müqavilə bağlamamış və ya onun xeyrinə əhəmiyyətli ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr nəzərdə tutulur.
Ağ Evin açıqladığı siyahıya əsasən, maksimum rüsum Suriya (41%), Laos və Myanma (hər biri 40%), İsveçrə (39%), İraq və Serbiya (hər biri 35%), həmçinin Əlcəzair, Bosniya və Herseqovina, Liviya və Cənubi Afrikaya (hər biri 30%) tətbiq edilib.