ain.az, Yeniavaz saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp onlarla ölkəyə idxal rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, qərar iyulun 31-i axşam, Trampın ticarət müqavilələrinin bağlanması üçün son tarixdən bir neçə saat əvvəl qəbul edilib.
“Bloomberg”in məlumatına görə, ABŞ-nin ticarət tərəfdaşları üç qrupa bölünüb. Aprel ayından etibarən qüvvədə olan 10%-lik əsas tarif əksər ölkələr üçün saxlanılıb. Bu, ABŞ-nin idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə aiddir.
Kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15%-lik minimum tariflər tətbiq edilib.
ABŞ ilə heç bir razılaşması olmayan və ya onun xeyrinə böyük ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr nəzərdə tutulub.
Ağ Evin açıqladığı siyahıya əsasən, maksimum rüsum Suriya (41%), Laos və Myanma (hər biri 40%), İsveçrə (39%), İraq və Serbiya (hər biri 35%), həmçinin Əlcəzair, Bosniya və Herseqovina, Liviya və Cənubi Afrikaya (hər biri 30%) tətbiq edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.