AZ

ABŞ onlarla ölkəyə yeni tariflər tətbiq edir

ABŞ prezidenti Donald Tramp onlarla ölkəyə idxal rüsumları tətbiq edən fərman imzalayıb.

Editor.az xəbər verir ki, bu barədə Ağ Evin saytında verilən açıqlamada deyilib.

Məlumata görə, qərar iyulun 31-i axşam saatlarında Trampın ticarət müqavilələrini imzalamaq üçün verdiyi son tarixdən bir neçə saat əvvəl qəbul edilib.

Bloomberg-in məlumatına görə, ABŞ-ın ticarət tərəfdaşları üç qrupa bölünür. Aprel ayından etibarən qüvvədə olan əsas 10%-lik tarif əksər ölkələr üçün saxlanılır. Bu tarif ABŞ-ın idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə şamil edilir.

Kiçik ticarət kəsiri olan təxminən 40 ölkəyə minimum 15% tarif tətbiq ediləcək. ABŞ-la razılaşması olmayan və ya ABŞ-ın xeyrinə böyük ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr planlaşdırılır.

Ağ Evin açıqladığı siyahıya əsasən, ən yüksək tariflər Suriya (41%), Laos və Myanma (hər biri 40%), İsveçrə (39%), İraq və Serbiya (hər biri 35%), Əlcəzair, Bosniya və Herseqovina, Liviya və Cənubi Afrikaya (hər biri 30%) tətbiq edilib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
2
editor.az

5Mənbələr