ABŞ Prezidenti Donald Tramp onlarla ölkəyə idxal rüsumlarının tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ Evin saytında yayılan məlumatda deyilir.
Qərar iyulun 31-i axşam, Trampın ticarət müqavilələrinin bağlanması üçün son tarixdən bir neçə saat əvvəl qəbul edilib.
"Bloomberg"in məlumatına görə, ABŞ-ın ticarət tərəfdaşları üç qrupa bölünüb. Aprel ayından etibarən qüvvədə olan 10%-lik əsas tarif əksər ölkələr üçün saxlanılıb. Bu, ABŞ-ın idxal etdiyindən daha çox ixrac etdiyi ölkələrə aiddir.
Kiçik ticarət kəsiri olan 40-a yaxın ölkəyə 15%-lik minimum tariflər tətbiq ediləcək. ABŞ ilə heç bir razılaşması olmayan və ya onun xeyrinə böyük ticarət kəsiri olan ölkələr üçün daha yüksək dərəcələr nəzərdə tutulur.