RU

Adil Şükürov: “Bütün gücümüzü səfərbər etmişik”

“Kəpəz”in baş məşqçisi Adil Şükürov bu gün “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, Gəncə və Qəbələ təmsilçiləri bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Qəbələdə keçirilmiş görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Adil Şükürov matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında məğlubiyyətə belə şərh verib:

“Yeni mövsümə hazırlığımız davam edir. Toplanış çərçivəsində plana uyğun olaraq, “Qəbələ” ilə yoxlama oyununda qarşılaşdıq. Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. İlk yarıda bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik”.

Избранный
8
9
arena.az

10Источники