AZ

Şükürov: “Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”

“Kəpəz” yoxlama oyununda “Qəbələ”yə uduzub – 0:2.

Futbolpress.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürovla matçla bağlı klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Yeni mövsümə hazırlığımız davam edir. Toplanış çərçivəsində plana uyğun olaraq “Qəbələ” ilə yoxlama oyununda qarşılaşdıq. Bu, ilk matçımız idi. Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. İlk yarıda bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Ona görə meydanda onlara şans verdik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik”.

phrase_var_article.chosen
8
21
futbolpress.az

10phrase_var_article.sources