"Yeni mövsümə hazırlığımız davam edir. Toplanış çərçivəsində plana uyğun olaraq "Qəbələ" ilə yoxlama oyununda qarşılaşdıq. Bu, mövsümlərarası fasilədə ilk matçımız idi".
Offsideplus.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib.
Gəncə klubunun mətbuat xidmətinə danışan çalışdırıcı "Qəbələ"yə 0:2 hesablı məğlubiyyətlərin səbəblərini izah edib: "Keçdiyimiz məşqlərin müqabilində futbolçuları yoxladıq. Birinci hissə bərabər səviyyəli oyun oldu. Fasilədən sonra yerli gəncləri sınamaq istədik. Oyunda yaxşı məqamlar oldu ki, bizi ümüdləndirdi. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. İnkişaf etməyə davam edəcəyik. Təbii ki, seleksiya işlərimizi də unutmuruq. Komanda hələ komplektləşməyib. Yeni oyunçular heyətə qoşulacaq. Qarşıda növbəti yoxlama oyunları var. Qəbələyə dəstəyə görə gələn azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Onları sevindirmək üçün bütün gücümüzü səfərbər etmişik".
Qeyd edək ki, bu, eyni zamanda Adil Şükürovun "Kəpəz"in baş məşqçisi postuna qayıdışından sonra birinci oyunu olub.