Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Selye" "Sabah"la oyunda daha güclü tərəf idi".
Oxu.Az xəbər verir ki, bunu "Selye"ni (Sloveniya) baş məşqçisi Albert Riera "Sabah"a qarşı keçirdikləri UEFA Avropa Liqası matçından sonra mətbuat konfransında deyib.
"Mövsüm öncəsi yorğunluq var idi. Amma düşünürəm ki meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də Sloveniyada keçiriləcək. İlk görüşdə "Sabah" son saniyələrdə buraxdığı qolla 2:3 hesabı ilə məğlub olub.

Anar Həsənov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.