RU

Bakıdan Naxçıvana sərnişin daşıyan 3 avtobus İranda saxlanıldı -

İrandan keçməklə Bakıdan Naxçıvana sərnişin daşıyan 3 avtobus İranın Biləsuvar gömrüyündə saxlanılıb.Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, sərnişinlər qəbul olunub, sənədlərə möhür vurulub, ancaq oradan tərpənməyə icazə verilmir. Sərnişinlər ərazidə gecələməli olublar. Bəziləri məsciddə, çöldə gecələyib. Onlara ərazidən 1 km-dən artıq uzaqlaşmamaq tapşırılıb. Təxminən 60 sərnişin bu vəziyyətdədir. Oradakı sərnişinlər bununla bağlı görüntüləri də çəkib göndəriblər. Onlara nə geri qayıtmağa, nə də digər nəqliyyat vasitəsi ilə Culfa gömrüyünə qədər getməyə icazə verilir.Sərnişinlərin sözlərinə görə, İran tərəfi onları təhdid edərək, avtobusların saxlanılmasını ictimailəşdirməməyi tələb edir. Sərnişinlər deyir ki, onlara nə yemək, nə də su verilir.Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdır. 19 iyun tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir. Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.

Избранный
54
42
metbuat.az

10Источники