Bakı. Trend:
İranın şimalında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verirki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumatyayıb.
Məlumata görə, təbii fəlakətin episentri təxminən 244 min nəfərəhalisi olan Qorqan şəhərindən 46 km şərqdə, 7 km dərinlikdəyerləşib.
Hazırda tələfat və dağıntılarla bağlı məlumat verilməyib. Yerliqurumlar vəziyyəti nəzarətdə saxlayır.