İndoneziya sahillərində 6,3 maqnitudada zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən 289 km şimal-şərqdə, zəlzələnin ocağı 145 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.